FETÖ lideri Fətullah Gülən öldü: Yaxın qohumu təsdiqlədi - YENİLƏNİB

21 Oktyabr 2024 10:04

10:04

FETÖ terror təşkilatının lideri Fətullah Gülən ölüb.

Milli.Az haberler-ə istinadən bildirir ki, bu barədə məlumatı FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan "Herkul" saytı öz "X" hesabında paylaşıb.

Xəbəri 83 yaşlı Gülənin qardaşı oğlu sosial şəbəkə hesabında təsdiqləyib.

Bildirib ki, o, dünən yerləşdirildiyi xəstəxanada vəfat edib.

Gülənin qardaşı oğlu bunları paylaşıb: "Fəthullah Gülən ruhunun üfüqlərinə doğru addımladı".

------

09:21

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun lideri Fətullah Gülenin öldüyü bildirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəbəri FETÖ-nun mətbuat orqanları özləri elan ediblər.

Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat liderinin aparıldığı xəstəxanada öldüyü qeyd edilib.

Milli.Az