İctimai yerlərdə "VI-FI"-yə qoşularkən ehtiyatlı olun... Kiberdələduzların tələsinə düşə bilərsiniz...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mütəxəssislər deyir ki, ictimai yerlərdə ölkədə fəaliyyət göstərən provayderlərə məxsus olmayan "VI-FI"-lərdən istifadə artıb. Vətəndaşlar pulsuz olduğu üçün bu internetlərdən istifadə edirlər, lakin baş verə biləcək təhlükələrdən xəbərsizdirlər
İKT üzrə mütəxəssis Əmrah Mövsümzadənin sözlərinə görə, kiberdələduzlar saxta "VI-FI" şəbəkələri düzəldib vətəndaşların məlumatlarını ələ keçirə bilirlər
Mütəxəssislər kiberdələduzların qurbanına çevrilməmək üçün vətəndaşlardan açıq "VI-FI" şəbəkələrinə qoşulduqları zaman diqqətli olmalarını, əmin olmadıqları şəbəkələrdən istifadə etməməyi tövsiyə edir. Digər təhlükəsizlik tədbirlərindən biri isı bu tip "VI-FI" şəbəkələrinə qoşularkən xüsusi VPN istifadə etməkdir.
VPN internet trafikini xüsusi alqoritmlərlə şifrələyərək dələduzlarla aranızda sədd rolunu oynayır.
Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun