Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu”

20 Oktyabr 2024 22:00

Hindistan, Braziliya kimi ölkələr və onlarla birlikdə Afrika nümayəndələri çoxdan Təhlükəsizlik Şurasının daimi əsasda üzvü olmalıdırlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumenti i Faktı" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, BMT TŞ-də "dünya çoxluğunun təmsilçiliyini" təmin etmək lazımdır.

Qeyd edək ki, bazırda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çin. Buna qarşı ən ciddi tənqidlər səsləndirən isə Türkiyə Prezidenti Ərdoğandır. Onun "Dünya 5-dən daha böyükdür" sözləri artıq siyasi gündəmə çevrilib.

Buna baxmayaraq, lavrov Hindistanın, Braziliyanın, hətta Afrika ölkələri nümayəndələrinin BMT TŞ-nin daimi üzvü kimi adını çəksə də, 350 milyonluq türk millətinin təmsilçiliyini "unudub".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun