İran o xəbərləri yalanladı

20 Oktyabr 2024 20:12

İran Netanyahunun evinə hücumla bağlı ​xəbərlərə reaksiya verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Tehran İsrailin Baş naziri Qeysəriyyədəki iqamətgahına hücumla bağlı iddiaları rədd edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi isə İranın bu hücumda rolu ilə bağlı suala cavab olaraq məlumatları yalan adlandırıb.

Xatırladaq ki, oktyabrın 19-u səhər saatlarında İsrailin Baş nazirinin iqamətgahına hücum olub. Livandan buraxılan pilotsuz təyyarə binaya düşüb. Netanyahu və həyat yoldaşı partlayış zamanı orada olmayıblar.

İsrail isə edilən hücuma cavab verəcəyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun