Yol polisini maşının kapotunda 300 metr SÜRÜKLƏDİ

20 Oktyabr 2024 14:49

Türkiyədə sürücü yol polisini avtomobilin kapotunda 300 metr sürükləyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə İzmir şəhərinin Ödemiş qəsəbəsində baş verib. Yol polisi bir avtomobilə "saxla" əmri versə də, sürücü məhəl qoymayıb və nəqliyyat vasitəsini polisin üzərinə sürüb. Bu zaman polis avtomobilin kapotuna çıxıb.

Ancaq sürücü avtomobili saxlamayıb və yol polisini 300 metr sürükləyib. 4 küçə sonra isə polis əməkdaşları avtomobili saxlaya biliblər. Əlindən yaralanan polisə yerində tibbi yardım göstərilib.

Sürücü isə saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun