Azərbaycanda 19 yaşlı 2 uşaq anası öldü

20 Oktyabr 2024 14:14

Lənkəranda 19 yaşlı qadın dərmandan ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki,  hadisə bu gün səhər saatlarında Lənkəran rayonunun Osaküçə kəndində baş verib.

İki gün bundan əvvəl Bakı şəhərindən kəndə qayıdan 2005-ci il təvəllüdlü Elnurə İsfəndiyar qızı Qurbanova dərman içdikdən sonra ölüb.

Onun həyatını sonlandırdığı bildirilir və hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Qeyd edək ki, E.Qurbanova iki uşaq anasıdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az