Tünzalə Ağayevanın özünə doğum günü hədiyyəsi - VİDEO

20 Oktyabr 2024 12:55

Xalq artisti Tünzalə Ağayeva "Zalım" adlı yeni layihəsini təqdim edib. 

Milli.Az xəbər verir ki, pop ulduzun yeni klipi işıq üzü görüb. Ekran işinin rejissoru fashion fotoqraf Röyal Səfərovdur. Mahnının söz və musiqisi bəstəkar Camal Qurbanova, aranjemanı isə Emin Karimova məxsusdur.

Sevilən müğənni bu layihəsində də tanınmış gitara ifaçısı, ustad Rəhman Məmmədli ilə birgə çalışıb.

Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Qeyd edək ki, klip Xalq artistinin doğum günü ərəfəsində təqim olunub. Pop ulduz həmin layihəni özünə ad gününə hədiyyə edib.

"Zalım" layihəsi Xalq artistinin şəxsi "Youtube" səhifəsində, eyni zamanda bütün digital platformalarda paylaşılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun