Bu ərazilərə leysan və qar yağdı - Faktiki hava

20 Oktyabr 2024 10:55

Azərbaycanda oktyabrın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit yağıntılı hava şəraiti davam edib.

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış, Daşkəsəndə, Şahdağ, Zaqatala (Əlibəy), Qrızda qar yağıb.
Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Qar örtüyünün hündürlüyü: Qrızda 17 sm, Xınalıqda 13 sm, Qusar (Laza) 6 sm, Şahdağda 3 sm olub.

Düşən yağıntının miqdarı Şahdağda 32 mm, Lənkəranda 27 mm, Qusar (Laza) 23 mm, Şəki, Oğuzda 22 mm, Astarada 21 mm, İsmayıllıda 18 mm, Şamaxıda 17 mm, Xaçmazda 16 mm, Qubada 16 mm, Lerikdə 14 mm, Xınalıqda 12 mm, Qaxda (Sarıbaş) 11 mm, Yevlax, Xaltan, Goranboyda 10 mm, Naftalan, Mingəçevir, Qırız, Göyçay, Şabran, Qəbələdə 9 mm, Qobustanda 8 mm, Cəfərxan, Yardımlı, Biləsuvar, Bərdə, Tərtərdə 7 mm, Zərdab, Daşkəsəndə 6 mm, Gədəbəydə 4 mm, Göygöl, Şahdağ, 5 mm, Neftçala, Sabirabadda 3 mm, Kürdəmir, Gəncədə 2 mm, İmişli, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Zaqatalada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 22 mm, Binədə 19 mm, Bakıda 11 mm -dək olub.

Qusar, Qrız, Qax (Sarıbaş), Şamaxı, Göyçay, Qusarda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 9, Aran rayonlarında 12, dağlıq rayonlarda 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Milli.Az