51 yaşlı kişini döyüb öldürdülər

20 Oktyabr 2024 10:25

Salyan sakini döyülərək öldürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Əziz Sərvənəli oğlu Salayevin meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldüyü bildirilir.

Hadisənin əsl səbəbi isə aparılan araşdırmalardan sonra məlum olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun