ABŞ-da atışma - 3 ölü, 8 yaralı var

20 Oktyabr 2024 11:32

ABŞ-ın Missisipi ştatının Leksinqton şəhəri yaxınlığında baş verən atışma zamanı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə məktəbdəki futbol yarışından qayıdan 200-300 nəfərlik qrupun qələbəni qeyd etdiyi zaman onlara atəş açılıb.

Atışmadan əvvəl münaqişə tərəfləri arasında dava baş verib. Holms bölgə polisi hadisənin motivini hələlik açıqlamayıb. Atəşin azı 2 nəfər tərəfindən açıldığı deyilir. Ölənlərdən ikisi 19, biri 25 yaşlıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun