Rusiyada xarici agent kimi tanındı

20 Oktyabr 2024 10:56

Rusiyalı publisist, aparıcı Yevgeni Ponasenkov ölkəsində xarici agent kimi tanınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Ponasenkovun fəaliyyətində aparılan plandankənar auditin nəticələrinə əsasən, xarici təsirin müxtəlif formaları müəyyən edilib. 2022-ci il aprelin 15-dən 2023-cü il aprelin 14-dək olan müddətdə o, dəfələrlə Rusiyanın hüdudlarından kənara, əsasən İtaliyaya səfər edib və Rusiya əleyhinə materiallar hazırlayıb.

Bundan əlavə, bildirilib ki, Ponasenkov öz videolarında dəfələrlə Rusiyanı AB ölkələrinin hökumət sisteminə uyğunlaşdırmağa çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun