Rusiyada 3 uşaq yanğında ÖLDÜ

20 Oktyabr 2024 09:32

Rusiyanın Tula vilayətinin Demidovka kəndində fərdi evdə yanğın nəticəsində üç uşaq ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda bildirib.

"Demidovka kəndində fərdi ev yanıb. Yanğınsöndürmə zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 8 yaşlı qız, 3 və 4 yaşlı oğlanların meyitlərini aşkar ediblər", - məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, yanğın zamanı uşaqlar evdə təkbaşına olublar. Yanğının söndürülməsinə 15 mütəxəssis və 6 texnika cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun