Almaniyada kişi küçədə 4 nəfərə hücum etdi

20 Oktyabr 2024 11:55

Mərkəzi Almaniyada Fallştedt şəhərində (Aşağı Saksoniya federal torpağında Fexelde icmasına aiddir) bir kişi bıçaqla hücum edərək dörd nəfəri yaralayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 19-da Bakı vaxtı ilə təxminən saat 17:30 radələrində 32 yaşlı kişi "fərq qoymadan" bölgə sakinlərinə bıçaqla hücum edib.

Qeyd olunub ki, olayda 18, 66 və 73 yaşlı üç kişi, həmçinin 48 yaşlı qadın yaralanıb və daha sonra xəstəxanaya yerləşdirilib. Məlumata görə, zərərçəkmişlər səkini süpürürmüş və ya öz həyətyanı sahələrində olublar.

Nəşrin məlumatına görə, şübhəli şəxs polis tərəfindən saxlanılıb. Hadisənin təfərrüatları araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun