Ordunu müharibəyə hazırlaşmağa çağırdı

20 Oktyabr 2024 09:05

Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 18-də Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) raket qoşunları briqadasını ziyarət edərkən hərbçiləri müharibəyə hazırlığı gücləndirməyə çağırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Çin liderinin çıxışı CCTV telekanalının efirində yayımlanıb.

Si Cinpin deyib ki, hərbçilər "müharibəyə hazırlığı hərtərəfli gücləndirməli və qoşunların etibarlı döyüş hazırlığını təmin etməlidirlər". O həmçinin qeyd edib ki, Çin əsgərləri "öz strateji çəkindirmə və döyüş imkanlarını gücləndirməlidirlər".

ÇXR sədri müvafiq bəyanatla Çin hərbçilərinin Tayvan yaxınlığında genişmiqyaslı təlimlər keçirməsindən bir neçə gün sonra çıxış edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun