Beyruta ardıcıl zərbələr endirildi

20 Oktyabr 2024 08:32

İsrail qırıcıları Beyrutun cənubuna, Hizbullahın obyektlərinin yerləşdiyi və tərəfdarlarının yaşadığı ərazilərə hücum edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, paytaxtın Haret-Horeyk məhəlləsində ən azı üç güclü partlayış baş verib.

İsrail qırıcılarının zərbələri nəticəsində baş verən partlayış nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun