Bu rayona güclü qar yağdı - VİDEO

19 Oktyabr 2024 23:43

Daşkəsən rayonunun bəzi ucqar dağ kəndlərinə qar yağıb.

Milli.Az-ın məlumatına görə, bu gün axşam saatlarından yağan yağış gecə saatlarında sulu qar və qara çevrilib.

Ucqar kəndlərə nisbətən rayon mərkəzində daha az müşahidə edilən qar hər hansı fəsada yol açmayıb.

Hazırda rayon ərazisində sulu qarla və qarla müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun