Bərdədə 40 yaşlı kişi ehtiyatsızlıqdan öldü

19 Oktyabr 2024 21:17

Bərdədə 40 yaşlı kişi ehtiyatsızlıqdan həyatını itirib.

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun İmirli kənd sakini, 1984-cü il təvəllüdlü Kamran Məmmədov təsərrüfatda qaldırıcı kranla işləyərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun