Bakıda “TeamGym” üzrə Avropa çempionatının bağlanış mərasimi keçirilib - FOTO

19 Oktyabr 2024 19:34

Bakıda ilk dəfə keçirilən "TeamGym" üzrə 15-ci Avropa çempionatının bağlanış mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarışda on dörd ölkənin 46 komandası qüvvəsini sınayayıb.

Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki, yarışın ev sahibinin idmançıları çıxış ediblər. 28 hakim öz növünün əsl ustası olanların çıxışları qiymətləndirilib.

"TeamGym" üzrə növbəti Avropa çempionatı Finlandiyada keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun