Müğənninin həyat yoldaşı: “Samir anası yaşda qız alıb...”

19 Oktyabr 2024 19:28

"Biz Samirlə ailə quranda özümüz haqda hər növ şaiyələr eşitmişdik. Amma bu başqa söhbətdir. Nə isə təzə, fərqli bir şeydir. Özümüzlə, daha doğrusu mənimlə bağlı olan bu iddianı ilk dəfədir ki, eşidirik". 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Samir Piriyevin həyat yoldaşı Anara Piriyeva şəxsi "İnstagram" hesabında izləyicilərdən birinin "Deyirdilər, Samir bəy anası yaşda qız alıb, doğrudur?" sualına cavab olaraq bildirib. O, açıqlamasına belə davam edib:

"Hiss olunur ki, xoşməramlı niyyətinizlə səhifəmə gəlirsiniz. Xoş gəlmisiniz. Hesablayaq, görək, Samir 1981 təvəllüddür, mən isə 1984-cü ildənəm. Deməli, Samir dünyaya gələndə elə bil anası hələ 3 ildir ki, dünyada yox idi. Bu necə olur? Yumurta birinci yaranıb? Yoxsa toyuq?"

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun