Faciəvi şəkildə ölən hərbçimizin FOTOSU

19 Oktyabr 2024 19:13

Ötən gün Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz Gözəlov faciəvi şəkildə ölüb.

Milli.Az xəbər verir ki, modern.az-ın məlumatına görə, hərbçimiz Bakı şəhərindəndir.

O, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayırdı.

Novruz Gözəlov ailədə iki qardaşın böyüyü olub. 18 yaşlı gəncin bir neçə ay öncə hərbi xidmətə yollandığı bildirilir.

Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Hərbçimizin fotosunu təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun