Türkiyədə növbəti zəlzələ baş verdi - Yenilənib

19 Oktyabr 2024 21:44

21:44

Türkiyənin Qəhrəmanmaraş vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
 

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələnin ocağı 10,53 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

----------
16:13

Türkiyənin Kahramanmaraş vilayətinin Dulkadiroğlu rayonunda zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

4.4 maqnitudalı zəlzələ ocağının dərinliyinin 10,53 km olduğu bildirilib.

Milli.Az