Tağı Əhmədovla vida mərasimi keçirilib - FOTOlar

19 Oktyabr 2024 11:51

"Bakı Metropoliteni" QSC-nin sabiq sədri Tağı Əhmədov ilə vida mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimində ailəsi, dostları, ayxınları, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Mərasimdən sonra mərhumun nəşi dəfn edilmək üçün Əhmədli qəbristanlığına aparılıb.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Tağı Əhmədov 75 yaşında vəfat edib.

Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.

O, 1998-2014-cü illərdə "Bakı Metropoliteni"nin rəisi vəzifəsində çalışıb.

Milli.Az