Xəzərdə daha bir zəlzələ

19 Oktyabr 2024 11:24

Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yeraltı təkanları yerli vaxtla saat 10:39-da qeydə alınıb.

Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, yerli vaxtla 01:02 -də də 68 km dərinlikdə zəlzələ qeydə alınıb.

Milli.Az