Sumqayıtda silah-sursat tapılıb

19 Oktyabr 2024 19:01

Sumqayıtda silah-sursat aşkarlanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, qəbiristanlıq ərazisində "Kalaşnikov" markalı avtomat, 1 ədəd daraq və 41 ədəd 5.45 kalibrli güllə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az