Hadisə yerindən görüntüləri təqdim edirik:
Milli.Az
23:05
Bakıda zəncirvari yol qəzası baş verib. Bununla bağlı görüntü yayılıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntünü çəkən və danışan avtomobili zəncirvari qəzada əzilən sürücülərdən biridir. O, videonu səhər saatlarında ekologiya postunun yaxınlığında lentə alaraq, "Xəzər Xəbər"in qaynar xəttinə göndərib.
Sürücülər iddia edirlər ki, yola yağ dağılıb. Qəzalar da elə bu səbəbdən baş verib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, hadisə saat 06:45 radələrində Bakı-Quba yolunun 10-cu kilometrliyində baş verib. Onun sözlərinə görə, hadisənin baş verməsinə səbəb havanın yağmurlu olması ilə əlaqədar yolun sürüşkənliyi, sürücülərin ara məsafəsi saxlamaması və sürət həddinə əməl etməməsi olub.
Mütəxəssislərin sözlərinə görə, avtomobillərin intensiv hərəkət etdiyi yollarda təkərlərin şinləri ilə yol örtüyü mütəmadi təmas edir və asfalt üzərində qat yaranır. Çiskinli havalarda da həmin o qat yollarda sürüşkən vəziyyət əmələ gətirir və avtomobillər sürüşür. Odur ki, maksimum diqqətli olmalı, az yağmurlu havalarda sürət həddi düzgün seçilməlidir.
Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
--------
09:09
Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib.
Milli.Az-ın məlumatına görə, hadisə şahidləri lent.az-a bildirib ki, qəzaya yola yağ dağılması səbəb olub.
Sürücülərin sözlərinə görə, yol yağlı olduğu üçün əyləc sistemi tutmayıb və nəticədə maşınlar bir-birinə çırpılıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Milli.Az