Ukraynanın "çirkli bomba" yaratmaq gücü var - Rusiya

19 Oktyabr 2024 09:03

Kiyev rejimi hətta yaxın bir neçə ildə müstəqil şəkildə nüvə silahı yarada bilməyəcək, lakin "çirkli bomba"dan istifadə edə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Vladimir Çijov deyib.

Onun sözlərinə görə, heç kim Kiyevə nüvə silahı verməyə hazırlaşmır:

"Ukraynanın özünə gəlincə, təbii ki, nə iki-üç həftəyə, nə də iki-üç ildən sonra onlar belə bir bomba yarada bilməyəcəklər, lakin təbii ki, onların "çirkli bomba" yaratmaq imkanları var".

Milli.Az