Bakıda bu yolda aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir - VİDEO

19 Oktyabr 2024 08:05

Bakıda nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə daha bir yolda genişləndirmə işləri görülür.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Yasamal rayonu, Nazim Hikmət küçəsindən Dairəvi yola çıxışda aparılan işlərindən gedir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Qeyd edək ki, ümumi uzunluğu 1 kilometrdən çox olan yolda işlər tamamlanmaq üzrədir.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun