"Kimin ailəsini dağıtmışam?"

19 Oktyabr 2024 06:29

"Mənə şərh yazıblar ki, ailə dağıdan. Kimin ailəsini dağıtmışam?".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Xəbərin var?" proqramında deyib.

Sənətçi ona yazılan şərhlərdən danışaraq "Heç kimin ailəsini dağıtmamışam. Bilmirəm niyə bu fikirdədilər. İnsan ikinci dəfə ailə quranda belə olur? Adi həyatda nələr baş verir... Biz bunları görəndə pis oluruq. Övlad anasıyam, əsgər böyüdürəm. Niyə övladlarımı travma ilə böyüdürsünüz?" sözlərini əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun