Şəkidə məktəblinin meyiti tapıldı

18 Oktyabr 2024 21:52

Şəkidə məktəblinin meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Orta Zəyzid kəndində baş verib.

Kənd sakini 16 yaşlı Çiçək Habil qızı Lətifovanın meyiti yaşadığı evdə qapının əl tutacağından asılı vəziyyətdə aşkar edilib.

İlkin araşdırma zamanı 11-ci sinif şagirdi olan C. Lətifovanın öldüyü məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun