İrəvanın mərkəzində Azərbaycan məhsulu SATILIR - FOTO

18 Oktyabr 2024 21:23

İrəvanın mərkəzi bazarlarından birində satılan narın qarşısındakı yazı erməniləri əməlli-başlı narahat edib.

Milli.Az parol.az-a istinadla xəbər verir ki, qarşısına ermənicə "Qarabağ narı" yazısı yazılan meyvənin haradan, necə gəldiyindən narahat olan erməni sakinlər əraziyə polis çağırıblar.                                

Qarşısına 1 kq - 1000 dram (Təxminən 2,5 $ - 4.25 Manat) yazılan narın satıcısı polisin sorğu-sualı zamanı məhsulu haradan gətirdiyi barədə məlumat verib. O bildirib ki, bu nar Gürcüstanda satılır, oradan alıb gətirmişəm.

Onun bu cavabından sonra ara nisbətən sakitləşib.

Qeyd edək ki, bu məlumatı BDU- nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi öz sosial şəbəkə hesabında yayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun