Uzun illərdir birlikdə çalışan meyxanaçı, bəstəkar Tural Hüseynovla meyxanaçı - müğənni Zarina arasında sevgi münasibətlərinin olması ilə bağlı söz-söhbətlər dolaşır.
Onlar sevgilidirlər, yoxsa dost?
Milli.Az xəbər verir ki, lent.az-ın bu sualına cavab verən Tural Hüseynov zarafatla deyib:
"Evlənmişdik, uşaq olmadı, Zarinanı boşadım".
Tural Hüseynov bildirib ki, o Zarina ilə uzun illərdir dostluq edir, özünə doğma hesab edir.
"Zarina mənim bacım yox, qardaşımdır. Onun kişi kimi ürəyi var. Deyilənlər hamısı boş söhbətdir. Bizi tanıyanlar necə münasibətimiz olduğunu yaxşı bilirlər", - o qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun