Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib - FOTO

18 Oktyabr 2024 20:07

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Milli.Az Trend-ə xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Dostumuz, qardaşımız; iki dövlət, tək millət anlayışına sahib olduğumuz Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm.

Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını və sevgilərini çatdırıram", - paylaşımda bildirilir.

Milli.Az