Tanınmış vəkil Şəfiqə Nağıyeva efirdə efirdə kövrələrək göz yaşı axıdıb.
Milli.Az xəbər verir ki, Lalə Azərtaşın təqdimatında efirə gedən "Təsir dairəsi" verilişində iştirak edən Şəfiqə Nağıyeva ağlayaraq xəstə uşaq üçün yardım istəyib. O, xalqa belə müraciət edib:
"Verilişlərin birində bir uşaq ağır, xəstəlikdən əziyyət çəkirdi. Onu Türkiyəyə göndərmək lazım idi. Mən uşağı ora çıxartdım, başından pariki götürüb onu sinəmə sıxdım. Dedim ki, kömək edin. Bir xanım verilişə baxırmış. Ərinə deyib ki, bizim uşağa kömək olmayacaq. O da bu xəstəlikdən əziyyət çəkirmiş. Deyirlər gedəcək. Amma Şəfiqə xanım ağlayır, al bu 60 mini apar uşağa ver. Həmin pulu gətirib verdilər. Mənim xalqım çox xeyirxahdır. Qoy, bu qadına da kömək etsinlər. Mən o uşaqları görüb dəli oldum. Bəlkə mən olmazdım, nəvələrim də elə olardı. Nəvələrim gözümün qabağına gəldi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun