"Ceyrandan keçir marala, cənnətdən də keçir..." - VİDEO

18 Oktyabr 2024 16:35

ARB TV-nin "Günə Bax" verilişində bayağı ifalar və ifaçılar müzakirə olunub.

Verilişdə qonaq olan gənc ifaçı Yaşar Cəlilov da bayağı ifaçılar haqqında fikirlərini bölüşüb: "Onlar aranjimana üç yüz manat xərcləyir, biz isə iki min manat. Onlar klipə beş yüz, biz isə üç min, beş min manat xərcləyirik. Onlar orası-burası açıq geyinir, biz isə daha çox bağlamaqçün pul xərcləyirik".

Söhbət əsnasında verilişdə qonaq olan digər sənətçi Nərmin Kərimbəyova da məsələyə münasib bildirib: "İndi çox mahnılar təkrardır. Bayağı musiqilər bir-birinə oxşayır, biraz sözləri dəyişir. Ceyrandan keçir marala, cənnətdən də keçir nifrətə, vəssalam".

Milli.Az daha ətraflı video məlumatı təqdim edir: