Türkiyənin məşhur şirkəti qazaxlara satıldı

18 Oktyabr 2024 15:37

Türkiyənin məşhur şirkəti satılıb.

Milli.Az NTV-yə istinadla xəbər verir ki, Türkiyənin reytinqli onlayn alış-veriş şirkətini qazaxlar alıblar.

Qazaxstanın onlayn alış-veriş platforması Kaspi.kz "Hepsiburada"nın sahibi D-Market şirkətinin 65 faizini 1.13 milyard dollara alıb.

Razılaşma ötən gün baş tutub. Müqavilənin reallaşması gələn ilin birinci rübünə çəkəcək. Belə ki, 600 milyon dollar ödənilib, qalan məbləğ isə 6 ay ərzində veriləcək.

İslam
Milli.Az