Bu ölkə Rusiyaya 12 min əsgər göndərəcək

18 Oktyabr 2024 14:00

Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün irimiqyaslı qoşun göndərəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın kəşfiyyat agentliyi məlumat yayıb.

Bildirilib ki, Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün xüsusi təyinatlılar da daxil olmaqla 12 min əsgərdən ibarət dörd briqada göndərmək qərarına gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun