Evdə qaladığı ocaq sonu oldu

18 Oktyabr 2024 10:48

Balakəndə ölümlə nəticələnən yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xalatala kənd sakini olan 34 yaşlı Qarayev Ramazan Məhəmməd oğlu yaşadığı evin içində ocaq qalayıb.

Nəticədə o, yanıq xəsarətləri alaraq ölüb.

Bildirilir ki, R.Qarayevin psixoloji problemləri olub və hadisə vaxtı evdə tək imiş.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun