Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər komitəsinin iclasında Venesuelada demokratiyanın vəziyyəti, Aralıq dənizi hövzəsində ətraf mühitin mühafizəsi, meşələrin hazırkı durumu və gələcəyi, silahlı münaqişələrin, həmçinin, hərbi tullantıların ətraf mühitə təsiri məsələləri müzakirə olunacaq.
AŞ PA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin gündəliyinə Şimali Qafqazda insan haqlarının pozulması halları, bununla bağlı hüquqi müdafiə tədbirləri, ekstremizm əleyhinə mübarizə və digər mövzular daxil edilib.
Tədbirlərdə Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.