Rusiyada yük gəmisi AŞDI - Ölənlər var

18 Oktyabr 2024 10:43

Rusiyanın Saxalin adasında yük gəmisi aşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Korsakov limanında qeydə alınıb. 

Hadisə nəticəsində iki nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.

Ümumilikdə gəminin göyərtəsində 7 ekipaj üzvü olub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun