Bakıda bu küçələrdə hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

18 Oktyabr 2024 09:44

Oktyabrın 19-dan 20-nə keçən gecə saat 02 radələrindən 06 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Hava limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı Şəhər DYP İdarəsindən Milli.Az-a verilən xəbərə görə, hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, eləcə də Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edə bilərlər.

Şəhərin mərkəzinə doğru isə sürücülər Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.

Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun