Zelenski bu ölkəyə xəbərdarlıq etdi: Növbədə sizsiniz!

18 Oktyabr 2024 11:02

Slovakiya Ukraynaya kömək etməsə, Rusiya təhlükəsini hiss edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Onun ölkəsi müharibə şəraitində deyil, Allaha şükür və mən onun xalqına sülh arzulayıram ki, onlar heç vaxt Putinin simasının necə olduğunu görməsinlər. Amma o, (Fitso) bizi dəstəkləməlidir, əks halda bunu çox yaxşı başa düşəcək. Putin heç vaxt dayanmayacaq", - deyə Zelenski bildirib.

Ukrayna prezidenti vurğulayıb ki, Putin müharibə prosesinin özünü bəyənir: "O, müharibə fanatıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun