Azərbaycanda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Vətən müharibəsi şəhidi Elgün Quliyevin ailəsində olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Elgün Quliyev 2020-ci ilin sentyabrın 29-da könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Noyabrın 9-da-müharibənin sonuncu günündə Şuşada şəhid olub.
O, ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun