Öldürülən Yəhya Sinvarın üzərindən nələr çıxdı – FOTO

18 Oktyabr 2024 06:50

Xəbər verdiyimiz kimi, HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürüldüyü təsdiqlənib.

Milli.Az axar.az-a istinadən bildirir ki, CNN Türk Sinvarın üzərindən çıxan əşyaların fotosunu təqdim edib.

Dr. Levent Ersin Orallı foto ilə bağlı bu qiymətləndirmələri edib:

"Çox güman ki, Quran və ya hədis kitabıdır; bir dəsmal, təsbeh, möhür, fənər, güllə, dırnaq qayçısı, saat, pul var... Görünən pasport özünə aid deyil. Bu əşyalar ömrünü necə keçirdiyini təsəvvür etməyə yardım edir. Bu, çətinlikləri ibadətlə aradan qaldırmağa çalışdıqlarının ən əhəmiyyətli göstəricisidir. Bir tərəfdə əsgər, bir tərəfdə dindar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun