“Google” Azərbaycanı təbrik etdi

18 Oktyabr 2024 06:44

Məşhur "Google" axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində "doodle" hazırlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan bayrağını kliklədikdə "Azərbaycanda Müstəqilliyin Bərpası Günü" ilə bağlı informasiyaların yer aldığı saytlara və xəbər agentliklərinin səhifələrinə keçid edilir.

Qeyd edək ki, bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun