Bu gün Cəbrayıl rayonunun Xudafərin körpüsü və ətraf məntəqələrinin düşmən işğalından azad edilməsindən 4 il ötür. Azərbaycanın üçrəngli bayrağı 27 ildən sonra körpünün üzərində ucaldıldı.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə - 2020-ci il oktyabrın 18-də Azərbaycan Ordusu Xudafərin körpülərini işğaldan azad edib.
Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir.
Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində 30 il işğal altında qalan ərazilər düşməndən təmizlənib və ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunması üçün Ermənistana sülh təklif edib. Lakin Ermənistan Azərbaycanın uzatdığı sülh əlini geri çevirib və ərazilərimizdə terror aktları və təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycan lokal xarakterli antiterror tədbirləri başladıb. 24 saatdan az müddətdə erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısında təslim olmaq məcburiyyətində qalıblar.
Nəticədə, Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyublar, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olunublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildib, separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun