"Avrupa yakası"nın aktyoru öldü

17 Oktyabr 2024 22:08

Bir dönəm Türkiyənin məşhur seriallarından olan "Avropa Yakası"nda "Kubilay" obrazını canlandıran aktyor Vural Çelik evində ölü tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə baş direktoru Birol Güvən məlumat verib.

O bildirib ki, aktyor 51 yaşında dünyasını dəyişib. Vural Çeliyin hansı səbəbdən öldüyü hələlik açıqlanmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun