Deputat Allahverdiyeva mənimsəmədə ittiham olunur

17 Oktyabr 2024 20:54

Ukraynada "Xalqın Xidmətçisi" partiyasının üzvü, deputat İrina Allahverdiyeva 20 milyon qriven məbləğində vəsaiti mənimsəmədə ittiham olunur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Antikorrupisya Bürosunun məlumatında deyilir.

Müəyyən edilib ki, deputat 2021-2022-ci illərdə onun rəsmi gəlirlərini və əmanətlərini üstələyən 20 milyon qrivendən çox aktivlərə sahib olub.

Bildirilir ki, deputat qanunsuz əldə etdiyi gəlirlə Odessa yaxınlığında ev alıb və hazırda orada yaşayır.

Faktla bağlı araşdırmalar davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun