"Ərim telefonunun parolunu vermirsə, bu mənim üçün XƏYANƏTDİR" - VİDEO

17 Oktyabr 2024 20:48

"Ailədə ər və arvad telefonun parolunu bilməlidirmi?" mövzusu "Gün bu gün" verilişində müzakirə olunub.

Milli.Az shownews-a istinadən xəbər verir ki, studiyada qonaq olan tanınmış stomotoloq Şamil Rzayev bildirib ki, xanımı bloger Fidan Zeyn nəinki telefonun parolunu, hətta bütün sosial şəbəkə hesablarına da daxil ola bilir.

Tanınmış influenser Elmira Namazova isə bildirib ki, əgər ailədə ər öz həyat yoldaşına telefonun parolunu vermirsə, bu xəyanətə bərabətdir.

Müğənni Mürsəl Səfərov da eyni fikirdə olub. Lakin o, etiraf edib ki, əvvəl gizlinləri olduğu üçün verməyib.

Aparıcı Nigar Fərhad isə hələ də bu mərhələni aşa bilmədiyini dilə gətirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun