Böyük məmnuniyyətlə Antarktidaya səfər edərdim.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Antarktika ekspedisiyalarının iştirakçıları və alimləri ilə görüşü zamanı deyib.
"Böyük məmnuniyyətlə planetimizin bu qütbünü ziyarət edərdim. Bəlkə nə vaxtsa orda görüşərik", - o bildirib.
Prezident qeyd edib ki, ona alimlərin elmi inkişafları və qütb tədqiqatçılarının şəxsi təəssüratını eşitmək maraqlıdır:
"Region sərtdir, iş asan deyil, uzun müddətdir evdən uzaqdasan. Düşünürəm ki, danışmağa çox sözünüz var".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun