Bu qadını görənlər dərhal polisə XƏBƏR VERSİN

17 Oktyabr 2024 18:47

Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Onun əlamətləri: boyu 160  sm, dolu bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qaradır.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti -Zəng Mərkəzinə, o cümlədən Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və (050) 633-50-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun